AZ

Neymar özünü “Barselona”ya təklif etdi, bu cavabı aldı

Səudiyyə Ərəbistanının “Əl-Hilal” klubunun cinah oyunçusu Neymar “Barselona”ya qayıtmağa cəhd edib.

Publika.az xəbər verir ki, bu barədə “Sport.es” məlumat yayıb.

Mənbənin sözlərinə görə, avqustda 32 yaşlı braziliyalı Kataloniya klubuna öz xidmətlərini təklif etsə də, “Barsa”nın baş məşqçisi Hans-Diter Flik transferdən imtina edib.

Qeyd olunur ki, hazırda Kataloniya klubu sol cinah oyunçusu almaq imkanlarını araşdırmaqda davam edir. “Atletik”dən Niko Uilyamsı transfer edə bilməyən “Barselona” diqqətini “Yuventus”un vingeri Federiko Kyezaya yönəldib.

Bütün xəbərləri reklamsız oxumaq üçün

Günlük ölkədə baş verən xəbərləri bizdən izlə.

Seçilən
66
publika.az

1Mənbələr