AZ

Efiopiyanın şimalında torpaq sürüşməsi nəticəsində ölənlərin sayı 23-əÇATDI

Efiopiyanın şimalındakı Amhara əyalətində baş verən torpaq sürüşməsi nəticəsində ölənlərin sayı 23-ə çatıb.

Redaktor.az xəbər verir ki, bu barədə "Frans Press" agentliyi təbii fəlakətlərin qarşısının alınması üzrə regional idarəyə istinadən məlumat yayıb.

Axtarış tədbirlərinin davam etdiyi qeyd edilir.

Xatırladaq ki, avqustun 24-ü axşam saatlarında Qondar şəhərinin şimal bölgəsində sürüşmə baş verib. Daha əvvəl 10 ölü barədə məlumat verilmişdi.

Təbii fəlakətlə əlaqədar 2,7 mindən çox insan təxliyə edilib və hazırda müvəqqəti məskunlaşma mərkəzlərindədir.

Bütün xəbərləri reklamsız oxumaq üçün

Günlük ölkədə baş verən xəbərləri bizdən izlə.

Seçilən
70
1
redaktor.az

1Mənbələr