AZ

Kursk vilayətində azı 247 rus əsgəri ukraynalılara əsir düşüb

“Washington Post” Ukrayna ordusunun Rusiyanın Kursk bölgəsinə sıçrayışının başlanğıcından bəri çəkilmiş yüzdən çox video və fotoşəkili tədqiq edərək, azı 247 rus əsgərinin əsir götürüldüyünü təsdiqləyib.

Söhbət ukraynalı hərbçilərin özləri tərəfindən lentə alınan videolardan və başqa şeylər arasında “The Washington Post” qəzetinin fotoqrafının rusiyalı çağırışçıların saxlandığı hərbi əsir düşərgəsində çəkdiyi kadrlardan gedir. Nəşr qeyd edir ki, jurnalistlər məhbusların internetdə görünməyə davam edən bütün video və fotolarını yoxlamayıb və buna görə də Ukrayna Silahlı Qüvvələrinin əlinə keçən Rusiya hərbçilərinin sayının “daha çox” olduğunu ehtimal edir.

Belə ki, məhbusların ilk dəfə aparıldığı Ukraynanın şimal-şərqindəki həbsxana rəisinin sözlərinə görə, müəssisədən azı 320 rus keçib və onların təxminən 80%-i əsgərlər olub.

//Samir Qurbanov, Editor.az

Bütün xəbərləri reklamsız oxumaq üçün

Günlük ölkədə baş verən xəbərləri bizdən izlə.

Seçilən
84
editor.az

1Mənbələr