AZ

Tələbə olmaq istəyən ən gənc və yaşlı namizəd

Xəbər verdiyimiz kimi ali təhsil müəssisələrinə qəbulun nəticələri açıqlanıb.

 

Universitetə qəbul olanlar arasında ən yaşlı və ən gənc tələbələrin kimliyi məlum olub.

 

Dövlət İmtahan Mərkəzindən AzEdu.az-ın sorğusuna cavab olaraq bildirilib ki, ən yaşlı tələbə 1970-ci il, ən gənc tələbə isə 2008-ci il təvəllüdlüdür.

 

“Hüseynov Elvin Müşfiq oğlu 26.11.2008-ci ildə anadan olub. O, H.Əliyev adına Müasir Təhsil Kompleksinin məzunudur. I ixtisas qrupu üzrə 294.5 bal toplayaraq, Azərbaycan Texniki Universitetinin maşın mühəndisliyi ixtisası üzrə ödənişli əsaslarla təhsil alacaq.

 

Ən yaşlı tələbə Əliyeva Sevinc Xosrov qızı 16.07.1970-ci ildə anadan olub. O, Bakı Neft-Energetika Kollecini bitirib 89 balla bitirib. Hazırda Sumqayıt Dövlət Universitetinin Neft-qaz mühəndisliyi ixtisası üzrə təhsil alacaq”.

Bütün xəbərləri reklamsız oxumaq üçün

Günlük ölkədə baş verən xəbərləri bizdən izlə.

Seçilən
76
azedu.az

1Mənbələr