AZ

Putin Tokayevlə danışdı: Astanaya gedir

Rusiya və Qazaxıstan prezidentləri Vladimir Putin və Qasım-Jomart Tokayev Rusiya liderinin Astanaya dövlət səfərini təmin etmək barədə razılığa gəliblər.

Publika.az TASS-a istinadən xəbər verir ki, onlar bunu telefon danışığı zamanı müzakirə ediblər.

"Biz Vladimir Putinin Astanaya dövlət səfərinə yüksək keyfiyyətli hazırlığı təmin etmək barədə razılığa gəldik", - Qazaxıstan liderinin mətbuat xidmətinin bəyanatında deyilir.

Bundan əlavə, qeyd olunur ki, ölkə rəhbərləri enerji və iqtisadiyyat sahələrində əldə edilmiş razılaşmaların həyata keçirilməsinin zəruriliyini qeyd ediblər.

Bütün xəbərləri reklamsız oxumaq üçün

Günlük ölkədə baş verən xəbərləri bizdən izlə.

Seçilən
42
publika.az

1Mənbələr