AZ

Səttar Möhbalıyev getdi, nazir müavini gəldi - "Həmkarlar"da dəyişiklik oldu (Yenilənib)

Bu gün Azərbaycan Həmkarlar İttifaqları Konfederasiyasının (AHİK) yeni qurultayı keçirilib.

Mia.az xəbər verir ki, növbədənkənar VII qurultayda 1992-ci ildən quruma sədrlik edən Səttar Suliddin oğlu Möhbalıyevin istefası qəbul edilib.

Qurultay iştirakçıları yekdilliklə sədrliyə namizəd olan iqtisadiyyat nazirinin müavini Sahib Əli oğlu Məmmədovun sədr seçilməsinə səs veriblər.

Bu gün Azərbaycan Həmkarlar İttifaqları Konfederasiyasının qurultayı keçiriləcək.

Məlumata görə, qurultay saat 11:00-da başlayacaq.

Hazırkı sədr Səttar Möhbalıyevin istefa verəcəyi, onun yerinə iqtisadiyyat nazirinin müavini Sahib Məmmədovun yeni sədr seçiləcəyi gözlənilir(Unikal).

Bütün xəbərləri reklamsız oxumaq üçün

Günlük ölkədə baş verən xəbərləri bizdən izlə.

Seçilən
46
mia.az

1Mənbələr