AZ

Ukraynaya məxsus kamikadze PUA Rusiyada 38 mərtəbəli binanın üzərinə düşdü

Rusiyanın Saratov şəhərində Ukraynaya məxsus kamikadze PUA 38 mərtəbəli binanın üzərinə düşüb. Bildirilib ki, hadisədən sonra Rusiyanın Tu-95 tipli bombardmançı təyyarələrinin havaya qalxması ilə əlaqədar bütün Ukrayna ərazisində hava hücumlarına qarşı sirenlər çalmağa başlayıb.

Turkustan.az xəbər verir ki, Rusiyanın Saratov şəhərində Ukraynaya məxsus kamikadze PUA 38 mərtəbəli binanın üzərinə düşüb. Xəsarət alanların olduğu hadisədən sonra Rusiya Ukraynanın Kiyev, Odessa və Vinnitsa da daxil olduğu böyük şəhərlərə hava zərbələri endirib.

Kiyev Şəhər Hərbi İdarəsinin Telegram kanalında edilən yazılı açıqlamada, Rusiya ordusuna məxsus Tu-95 tipli döyüş təyyarəsindən qanadlı raket atma təhlükəsi səbəbilə ölkə daxilində sirenaların çalındığı bildirilib.

Ukraynanın müxtəlif Telegram kanallarında Xarkov, Mikolayiv, Dnepr və Vinnitsa vilayətlərində yaşayan insanlar sığınacaqlara çağırılıb.

Xarkov vilayətinin Hərbi Administrasiyasının rəisi Oleq Sinegubov sosial media hesabında Rusiya ordusunun Xarkova hücuma keçdiyini açıqlayıb.

Ukrayna mətbuatı da ölkənin bəzi bölgələrində partlayış səslərinin eşidildiyini yazıb.

Eltac Zülfüqaroğlu/Turkustan.az

Bütün xəbərləri reklamsız oxumaq üçün

Günlük ölkədə baş verən xəbərləri bizdən izlə.

Seçilən
53
turkustan.az

1Mənbələr