AZ

İsraildə hava hücumu sirenləri səslənib

Bakı, TurkicWorld

2024-cü ilin yanvar - iyul aylarında Türkiyənin ABŞ-a avtomobil sənayesi məhsulları ixracı ötən ilin eyni dövrü ilə müqayisədə 14,6 faiz artaraq, 678,1 milyon dollara bərabər olub.

Bu barədə TurkicWorld-a Türkiyə Ticarət Nazirliyindən bildiriblər.

“Bu ilin iyul ayında Türkiyə ABŞ-a 114,3 milyon dollar məbləğində avtomobil sənayesi məhsulları ixrac edib ki, bu da keçən ilin iyul ayı ilə müqayisədə 58,3 faiz çoxdur” – deyə nazirlikdən bildirilib.

Qeyd edək ki, Türkiyənin 2024-cü ilin yanvar-iyul aylarında avtomobil sənayesi məhsulları ixracı ötən ilin eyni dövrü ilə müqayisədə 3,9 faiz artaraq 20 milyard 818 milyon dolları ötüb.

“2024-cü ilin iyul ayında Türkiyənin dünya bazarlarına avtomobil sənayesi məhsulları ixracı 2023-ci ilin eyni ayı ilə müqayisədə 14,7 faiz artaraq, 3 milyard 123,5 milyon dollara bərabər olub”, – deyə məlumatda qeyd edilib.

Qeyd olunub ki, son 12 ay ərzində (iyul 2023-iyul 2024) Türkiyə 35 milyard 778,2 milyon dollar məbləğində avtomobil sənayesi məhsulları ixrac edib.

Bütün xəbərləri reklamsız oxumaq üçün

Günlük ölkədə baş verən xəbərləri bizdən izlə.

Seçilən
62
turkic.world

1Mənbələr