AZ

“Xoş gəldin” 11 il sonra yenidən gündəmə gəldi

Xalq artisti Tünzalə Ağayeva yeni duetini təqdim edib.

Bakıvaxtı.az xəbər verir ki, pop ulduz bu dəfə gənc müğənni, “Avroviziya” iştirakçısı, “The Voice” səs yarışmasının qalibi Nadir Rüstəmli ilə bir araya gəlib. Estrada ulduzları 2013-cü ildə çıxan “Xoş gəldin” mahnısına yeni nəfəs veriblər. Onların duetləri böyük maraqla qarşılanıb.

Xalq artisti yaranan duetlə bağlı təəssüratlarını bölüşüb: “Nadir Rüstəmli böyük səs diapazonuna malikdir. Bu mahnının öhdəsindən özünəməxsusluqla, məharətlə gəldi. Mən çox bəyəndim duetimizi və inanıram ki, mahnımın duet versiyası da çox seviləcək”.

Qeyd edək ki, sözügedən duet Heydər Əliyev Mərkəzinin parkında gerçəkləşən “Yay festivalı” adlı bağlanış konsertində səsləndirilib.

Bütün xəbərləri reklamsız oxumaq üçün

Günlük ölkədə baş verən xəbərləri bizdən izlə.

Seçilən
53
9
bakivaxti.az

10Mənbələr