AZ

Akroyoqa ilə məşğul olan 32 yaşlı qadın yıxılaraq iflic oldu

ABŞ-ın Kaliforniya ştatının San Dieqo şəhərində yaşayan 32 yaşlı Ebbi Vays akroyoqa ilə məşğul olduğu zaman yığılaraq onurğa beynini zədələyib və iflic olub.

“İki sahil” xəbər verir ki, atası Ebbinin akroyoqaya həvəsli olduğunu və bu ehtirasın indiki vəziyyətinə səbəb olduğunu bildirib.

Qəzadan əvvəl akrooqanın nə olduğu haqqında heç bir fikri olmadığını deyən ata, “Bilsəydim, ona bunu etməməsini deyərdim. Amma məni dinləməzdi”, - deyib.

Atası Ebbiyə yeni həyatında dəstək olmaq üçün xeyriyyə kampaniyasına başladıb. İndiyədək 155 min dollardan çox ianə toplanıb.

Ailəsi Ebbinin hərəkət qabiliyyətini bərpa edəcəyinə ümid edir, lakin həkimlər heç bir zəmanət vermirlər.

Məhərrəm Ağalaroğlu, “İki sahil”

Bütün xəbərləri reklamsız oxumaq üçün

Günlük ölkədə baş verən xəbərləri bizdən izlə.

Seçilən
74
ikisahil.az

1Mənbələr