AZ

"Liverpul"dan doğma meydanda inamlı qələbə

Futbol üzrə İngiltərə çempionatının 2-ci turunda "Liverpul" "Brentford" üzərində inamlı qələbə qazanıb.

"Enfild"də keçirilən görüş 2:0 hesabı ilə başa çatıb. Qolları Luis Dias və Məhəmməd Salah vurublar.

Mersisaydlılar 6 xal toplayıb və çempionat cədvəlində dördüncü, "Brentford" isə üç xalla 13-cü yerdədir.

Növbəti mərhələdə, sentyabrın 1-də Arne Slotun komandası səfərdə "Mançester Yunayted"lə oynayacaq, bundan bir gün əvvəl isə "Brentford" "Sauthempton"u qəbul edəcək.\\Oxu.Az 

 

Bütün xəbərləri reklamsız oxumaq üçün

Günlük ölkədə baş verən xəbərləri bizdən izlə.

Seçilən
82
musavat.com

1Mənbələr