AZ

Cavanşir Feyziyev kimdir...

Cavanşir Feyziyev kimdir...


Hər kəsin öz pəncərəsi var, deyirlər. Hər kəs həyatını o pəncərənin arxasında yaşayır, dünyaya o pəncərədən baxır. 

 

Bəzən adama elə gəlir ki, kənardan baxanda o pəncərədən içəri görünmür.

 

Elə deyil, heç elə deyil, içəri bütün çılpaqlığı ilə, çox açıq görünür.
Bunu dərk edənlər və etməyənlər var.

 

Bu, bir yaranış qaydasıdır.
Yəni nə etsən də, səni ya olduğun kimi tanıyırlar, ya da əvvəl-axır tanıyacaqlar.

 

Çox kiçik istisnaları nəzərə almasaq, o pəncərəni hər kəs üçün ailə, ata, ana tərbiyəsi formalaşdırır.

 

Həyat əslində hamıya bir imtahan, Yer isə bu imtahanı verəcəyi məkandır.

 

Sanki insan bu dünyaya imtahanlar vermək üçün gəlib.
Bu, elə bir qəribə imtahandır ki, bitmir, insan hər yaşında imtahan verməyə məhkumdur.

 

Düz həyatının sonuna qədər...

Bu da bir yaranış qaydasıdır...

 

Yaranışdan bu yana təmənnasız olmaq, dürüst olmaq, ağayana olmaq, səmimi olmaq, etibarlı, sədaqətli olmaq, ailəsini sevmək, ətrafını sevmək, Vətənini sevmək, Dövlətini sevmək, Xalqını sevmək kimi xüsusiyyətlər İnsanı alnıaçıq, üzüağ edib, sevdirib, hörmət sahibi edib, yaddaşlarda yerləşdirib.

 

Cavanşir Feyziyev kimi...
Onu yaxından tanıyan biri kimi deyə bilərəm...

 

O, heç vaxt olduğu kimi tanınmasından narahat olmayıb...

Çünki valideynləri ona elə bir pəncərə formalaşdırıb ki, hamıya özü kimi, özünə də hamı kimi baxa bilıb.

 

O, bu günə qədər bütün imtahanları uğurla verib.

Təmənnasızdır...
Dürüstdür...
Ağayanadır...
Səmimidir...
Etibarlıdır...
Ailəsini sevir...
Ətrafını sevir...
Vətənini sevir...
Dövlətini sevir...
Xalqını sevir...

Çünki onu ailə, ata, ana tərbiyəsi formalaşdırıb.

 

Ailəsi qarşısında da, ətrafı qarşısında da, Vətəni qarşısında da, Dövləti qarşısında da, Xalqı qarşısında da alnıaçıq, üzüağdır.
Cavanşir Feyziyev Dövlət adamıdır...

Çünki sadiqdir...
Cavanşir Feyziyev Xalq adamıdır...
Çünki hər an onun içindədir...
Cavanşir Feyziyev hamımızın adamıdır...


Çünki bizim birimizdir...
Cavanşir Feyziyev Azərbaycan adamıdır...


Çünki Azərbaycanla yaşayır...

Elşad EYVAZLI

Bütün xəbərləri reklamsız oxumaq üçün

Günlük ölkədə baş verən xəbərləri bizdən izlə.

Seçilən
60
8
azedu.az

9Mənbələr