İkinci Dünya müharibəsinin İmişli rayonundan olan iştirakçısı Nəbi Nuriyev vəfat edib.
Modern.az-ın məlumatına görə, o, 102 yaşında dünyasını dəyişib və rayonun Qaralar kəndində dəfn edilib.
Qeyd edək ki, N. Nuriyev 1942-ci il fevralın 28-də cəbhəyə yollanıb.
Ümummilli Lider Heydər Əliyevin Böyük Vətən Müharibəsində faşizm üzərində çalınan qələbənin 55 illiyi ilə bağlı 2000-ci ildə imzaladığı Sərəncamla Nəbi Nuriyev də “1941-1945-ci illər müharibəsi veteranı” döş nişanı ilə təltif olunub.