AZ

“Araz-Naxçıvan” Çempionlar Liqası ilə erkən vidalaşdı

Futzal üzrə Azərbaycan çempionu “Araz-Naxçıvan” bu gün UEFA Çempionlar Liqasının ilkin mərhələsində növbəti matçına çıxıb.

Arena.az xəbər verir ki, H qrupunda yer almış təmsilçimiz son oyununda İsveçin “Uddevalla” kollektivi ilə üz-üzə gəlib.

Təşkilatçı ölkə komandası ilə “qırmızı-ağlar” buna qədər qrupda keçirdiyi hər iki matçı qələbə ilə başa vurmuşdular. Vurulan və buraxılan topların müsbət göstəricisinə görə çempionumuza görüşdə yenilməmək də kifayət edirdi. Qarşılaşmada hesabı meydan sahibləri açıblar. Fasiləyə qədər Kayke status-kvonu bərpa edib. İkinci hissəyə də meydan sahibi komanda qolla başlayıb. Furublad dubl edib. 37-ci dəqiqədə Kənan Manafov yenidən hesaba tarazlıq gətirib. Təəssüf ki, sona 3 dəqiqə qalmış rəqib daha 2 dəfə fərqlənib. Amadeunun qolu isə təsəlli olub. Yekunda məğlub olan təmsilçimiz mübarizəni dayandırıb.

Xatırladaq ki, Vitali Borisovun rəhbərlik etdiyi “Araz-Naxçıvan” buna qədər Şimali İrlandiya təmsilçisi “Sparta Belfast”a 7:1, Estoniya çempionu “Sillamae Silla”ya isə 7:0 hesabıyla qalib gəlmişdi.

UEFA Çempionlar Liqası
İlkin mərhələ, H qrupu
24 avqust

“Uddevalla” – “Araz-Naxçıvan” 4:3
Qollar: Furublad: 4:05; 23:05. Azizi, 37:51. Zhubi, 39:18 – Kayke, 16:17. Kənan Manafov, 36:39. Amadeu, 39:58.
24 avqust. “Aqneberqşallen”. Saat 16:00.

Uddevalla: 21. Herlin, 7. Azizi, 9. Şöderqvist (k), 19. Fazlija, 50. Furublad, 1. Skarin, 5. Zhubi, 6. Haci, 8. Hiseni, 11. Mussa, 33. Rasmussen, 55. Al Mouti, 77. Eriksson, 89. Maravilla, 98. Qaşi.
Baş məşqçi: Mikael Veqa.

Araz-Naxçıvan: 1. Emin Kürdov (k), 5. Lazar Milosavlyeviç, 8. Covanni Valerio, 14. Xəzər Ağalızadə, 20. Amadeu, 12. Kamran Hacıyev, 19. Vladislav Reznov, 6. Kayke, 7. Aleksandar Yaniç, 9. Emil Həsənzadə, 10. Kənan Manafov, 11. Yaqo Henrike, 17. Kadinyo, 18. Ülvi Əliyev.
Baş məşqçi: Vitali Borisov.

Bütün xəbərləri reklamsız oxumaq üçün

Günlük ölkədə baş verən xəbərləri bizdən izlə.

Seçilən
90
arena.az

1Mənbələr