AZ

Bayden Misir və Qətər liderləri ilə atəşkəslə bağlı danışıqları müzakirə edib

ABŞ Prezidenti Cozef Bayden cümə günü misirli həmkarı Əbdülfəttah əs-Sisi və Qətər əmiri Şeyx Təmim bin Həməd Al Tani ilə telefon danışığı aparıb.

Bu barədə Ağ Evin mətbuat xidməti məlumat yayıb. Tərəflər Qəzza zolağında atəşkəslə bağlı Qahirədə keçiriləcək danışıqları müzakirə ediblər.

Liderlər Qahirədə qarşıdan gələn danışıqları və razılaşma yolunda qalan bütün maneələri aradan qaldırmaq səyləri barədə fikir mübadiləsi aparıb. Onlar həmçinin İsrail və Fələstinin HƏMAS radikal hərəkatı arasında razılaşmanın “təcili bağlanmasının zəruriliyini” qeyd ediblər.

Bütün xəbərləri reklamsız oxumaq üçün

Günlük ölkədə baş verən xəbərləri bizdən izlə.

Seçilən
65
1
azpost.info

2Mənbələr