AZ

“Araz-Naxçıvan” İsveç klubuna qarşı

Futzal üzrə Çempionlar Liqasının ilkin mərhələsi davam edir.

İdman.biz xəbər verir ki, Azərbaycan çempionu “Araz-Naxçıvan” bu gün qrupda son matçına çıxacaq.

İlk iki turda qalib gələn Vitali Borisovun yetirmələri İsveçin “Uddevalla” klubu ilə qarşılaşacaq. Meydan sahibi ilə görüş qrup qalibinin adına aydınlıq gətirəcək. Birinci pilləni qorumaq üçün təmsilçimizə bir xal da kifayət edəcək.

Qeyd edək ki, “Araz-Naxçıvan” ilk iki turda “Sparta Belfast”ı (Şimali İrlandiya) 7:1, “Sillamae Silla”nı (Estoniya) isə 7:0 hesabı ilə məğlub edib.

Çempionlar Liqası
İlkin mərhələ
III tur
24 avqust
16:00. “Uddevalla” – “Araz-Naxçıvan”
Hakimlər:
Pawel Tokarewicz (Polşa), Trayan Enchev (Bolqarıstan), Yasin Alageyik (Belçika)
Uddevalla. Agnebergshallen

1

Araz-Naxçıvan

2

2

0

0

14-1

6

2

Uddevalla

2

2

0

0

14-5

6

3

Sparta Belfast

2

0

0

2

3-11

0

4

Sillamae Silla

2

0

0

2

3-17

0

İdman.biz

Bütün xəbərləri reklamsız oxumaq üçün

Günlük ölkədə baş verən xəbərləri bizdən izlə.

Seçilən
59
idman.biz

1Mənbələr