AZ

Andreas Kristensen 2 aylıq sıradan çıxdı

İspaniyanın “Barselona” klubunun mərkəz müdafiəçisi Andreas Kristensen 2 ay yaşıl meydanlardan uzaq qalacaq.

Arena.az bu barədə Kataloniya klubunun mətbuat xidmətinə istinadən xəbər verir.

Danimarka millisinin üzvü dabanındakı zədədən əziyyət çəkir. Onun müalicəsinin azı 2 ay çəkəcəyi ehtimal olunur.

Xatırladaq ki, 28 yaşlı oyunçu cari mövsümdə kataloniyalıların heyətində La Liqada “Valensiya”ya qarşı keçirilən matçda iştirak edib. Kristensen komandanın digər zədəliləri Ronald Arauxo, Ansu Fati, Qavi və Frenki De Yonqa qoşulub. Hansı ki, onlar da müxtəlif zədə problemləri səbəbindən komandaya kömək edə bilmirlər.

Xatırladaq ki, Andreas Kristensen İngiltərənin “Çelsi” klubunun yetirməsidir. O, peşəkar karyerasına da 2014-cü ildə məhz London klubunda başlayıb. Danimarkalı futbolçu 2015-2017-ci illər aralığında Almaniyanın “Borussiya” (Mönhenqladbax) komandasında icarədə də oynayıb (82 oyun, 7 qol, 1 assist). Mərkəz müdafiəçisi “Çelsi”nin əsas komandasında keçirdiyi 6 mövsüm ərzində 161 matça çıxıb. O, bu görüşlərdə 2 qol vurub, 2 məhsuldar ötürmə müəllifi olub.

Kristensen “Barselona”ya 2022-ci ilin iyul ayında azad agent kimi cəlb olunub. 28 yaşlı mərkəz müdafiəçisi bu komandada 75 oyuna çıxıb, 4 qol və 3 məhsuldar ötürmə müəllifi olub. Onun Kataloniya təmsilçisi ilə müqaviləsinin müddəti 2026-cı ilin 30 iyununa qədərdir.

Danimarkalı futbolçu 2015-ci ilin iyun ayından ölkəsinin milli komandasında forma geyinir. O, Danimarka yığmasının heyətində meydana çıxdığı 74 oyunda 3 qola imza atıb.

Bütün xəbərləri reklamsız oxumaq üçün

Günlük ölkədə baş verən xəbərləri bizdən izlə.

Seçilən
62
arena.az

1Mənbələr