AZ

Türk sərmayəsi Xankəndidən erməniçiliyə meydan oxumağa başlayır -Daşkənddən ilk addım...

Image

Vüqar Bayramov: “Özbəkistan bununla Azərbaycanın yanında olduğunu, qardaşlıq münasibətini nümayiş etdirir”

Məlum olduğu kimi, Azərbaycan Prezidenti İlham Əliyev  Özbəkistana dövlət səfəri edib. Səfər zamanı bir sıra məsələlər müzakirə edilib. O cümlədən, Özbəkistan prezidenti Şavkat Mirziyoyev işğaldan azad olunmuş Xankəndi şəhərində yüngül sənaye müəssisəsinin yaradılması barədə fikir bildirib. O qeyd edib ki, Xankəndi şəhərində yeni yüngül sənaye müəssisəsinin yaradılması xalqların qardaşlığı və dostluğunun daha bir rəmzidir: “Biz həmişə - istər işğal dövründə, istərsə də İkinci Qarabağ müharibəsi illərində və sonra özbək xalqının qardaş dəstəyini hiss etmişik. Mən  bu barədə danışmışam, Özbəkistan ilk ölkədir ki, Prezidentin təşəbbüsü ilə bizə təkcə mənəvi dəstək göstərməklə yanaşı, həm də azad olunmuş ərazilərin bərpasında kömək edib”.

Maraqlıdır, türk dövlətinin işğaldan azad olunan Xankəndi şəhərində yüngül sənaye müəssisəsi yaratmasının nə kimi əhəmiyyəti olacaq? Bu əməkdaşlıq Azərbaycana dost və düşmən olan ölkələrə nə kimi mesaj verir? 

“Özbəkistanın Xankəndidə yüngül sənaye müəssisəsi yaratması ölkəmizə qarşı xoş fikirdə olmayan dövlətlərə mesajdır”

Iqtisadçı alim Vüqar Bayramov baki-xeber.com-a açıqlamasında bildirdi ki, Özbəkistan daim Azərbaycana dəstək olub. Son illər Azərbaycanla Özbəkistan arasında ticarət dövriyyəsi kəskin artıb: “Pandemiyadan sonra iki ölkə arasında iqtisadi dövriyyə ikqat yüksələrək 80 milyon dollara çatıb. 2018-ci ildən etibarən ölkələrarası iqtisadiyyat dövriyyəsində 4 dəfə artım qeydə alınıb”.

V.Bayramov qeyd etdi ki, işğaldan azad olunan ərazilərdə ilk humanitar layihələri reallaşdıran dövlətlərdən biri məhz Özbəkistandır: “Özbəkistan Azərbaycanın qədim şəhəri Xankəndidə investisiya qoyuluşlu layihə həyata keçirmək niyyətindədir. Bu layihə Azərbaycanla Özbəkistan arasında münasibətlərin yüksək səviyyədə olduğunu göstərir. Həm də bu layihə iki ölkə arasındakı dostluq, qardaşlıq kimi qiymətləndirilməlidir”.

Həmsöhbətimiz hesab edir ki, Özbəkistanın Xankəndidə yüngül sənaye müəssisəsi yaratması ölkəmizə qarşı xoş fikirdə olmayan dövlətlərə mesajdır. Özbəkistan bununla Azərbaycanın yanında olduğunu, qardaşlıq münasibətini nümayiş etdirir.

Günel CƏLİLOVA






Bütün xəbərləri reklamsız oxumaq üçün

Günlük ölkədə baş verən xəbərləri bizdən izlə.

Seçilən
87
baki-xeber.com

1Mənbələr