AZ

Spagetti bişirərkən bu səhvi etməyin - Çoxlarının bilmədiyi nüans

Bütün makaron növləri arasında spagetti xüsusilə məşhurdur. Lakin onu da düzgün bişirməyin yolu var.
 
Moderator.az Foodinfo.az-a istinadən oxuculara spagetti hazırlayarkən çoxlarının etdiyi səhv barədə danışacaq.
 
Çox vaxt qaynatmadan əvvəl uzun makaronlar qazana yerləşməsi üçün iki hissəyə bölünür. Lakin belə etmək olmaz, çünki bu halda məhsulun dadı və quruluşu dəyişir. Yarıya bölünən makaronlar çox tez bişir və yapışır, həlimi daha çox çıxır.
 
Spagettini bölmək əvəzinə, daha dərin bir qab seçmək və ya hissə-hissə bişirmək yaxşıdır.
 
İtaliyada spagetti çəngəl və qaşıqla yeyilir. Məhsul çəngəl ilə bükülüb qaşığa qoyulur. Üzərinə isə zğvqə uyğun sous əlavə edilir. Makaronları qırdıqda isə, spagettini belə ənənəvi tərzdə yemək alınmayacaq.
 
Bütün xəbərləri reklamsız oxumaq üçün

Günlük ölkədə baş verən xəbərləri bizdən izlə.

Seçilən
82
2
moderator.az

3Mənbələr