AZ

Rusiyanın Volqoqrad vilayətində islah koloniyasında insident baş verib

Avqustun 23-də Rusiyanın Volqoqrad vilayətindəki 19 saylı islah koloniyasında məhbuslar bir qrup adamı girov götürüblər.

Hadisə intizam komissiyasının iclası zamanı baş verib. “Shot” təbliğat kanalı girovlar arasında İK rəhbəri və onun müavininin ola biləcəyini iddia edir. Rusiyanın bir sıra Telegram kanalları məhbusların bir neçə koloniya əməkdaşını öldürdüyünü iddia edir. “Mash”ın məlumatına görə, azı üç nəfər həlak olub, yeddi nəfər yaralanıb – onlar reanimasiyadadırlar, – postda deyilir. Volqoqrad Telegram kanalı hücum edənlərin radikal islamçılar – vəhhabilər olduğunu iddia edir.

Daha sonra Federal Penitensiar Xidmətin Volqoqrad vilayəti üzrə mətbuat xidməti əsirlərin girov götürülməsini təsdiqləyib və cəzaçəkmə müəssisəsində “azad etmə tədbirlərlərinin” davam etdiyini bildirib.

//Samir Qurbanov, Editor.az

Bütün xəbərləri reklamsız oxumaq üçün

Günlük ölkədə baş verən xəbərləri bizdən izlə.

Seçilən
101
editor.az

1Mənbələr