AZ

Kursk vilayətindəki qadın koloniyasında nə baş verir?

Editor.az bildirir ki, bu barədə avqustun 23-də “Bild” yazıb. Alman nəşrinə görə, orada, Ukrayna sərhədindən 14 km aralıda 11 saylı qadın islah koloniyası yerləşir.

İşğalçılar onu qalaya çevirərək İK-nin şəxsi heyətini döyüşə cəlb edərək şiddətli müqavimət göstərirlər. Jurnalistlər bildirirlər ki, onlarla rus əsgəri koloniyanın ətrafına möhkəmlənib, barrikadalar qurub və həbsxananın mühafizə qüllələrindən atəş mövqeləri kimi istifadə edir. Ukrayna Silahlı Qüvvələri isə işğalçılara qarşı piyada döyüş maşınları və pilotsuz təyyarələrdən istifadə edir.

Nəşr koloniyada neçə məhkum qadının qaldığını bilmir. Məqalədə deyilir ki, 2011-ci ildən indiyədək 10 ildən 20 ilədək müddətə azadlıqdan məhrum edilmiş 203 nəfər bu koloniyaya göndərilib.

//Samir Qurbanov, Editor.az

Bütün xəbərləri reklamsız oxumaq üçün

Günlük ölkədə baş verən xəbərləri bizdən izlə.

Seçilən
106
editor.az

1Mənbələr