AZ

ABŞ Ukraynaya hava hücumundan müdafiə sistemləri üçün raketlər təhvil verəcək

Bakı. Trend:

ABŞ Ukraynaya hava hücumundan müdafiə sistemləri üçün raketlər,pilotsuz uçuş aparatları və tank əleyhinə silahlar və digər döyüşsursatlarından ibarət yeni silah paketi təhvil verəcək.

Trend-in məlumatına görə, bu barədə ABŞ prezidenti Co Baydeninbəyanatında bildirilib.

C.Bayden cümə günü Ukrayna prezidenti Vladimir Zelenski iləavqustun 24-də Ukraynada qeyd olunan Müstəqillik Günü ilə bağlıtelefon danışığı apardığını deyib. Onun sözlərinə görə, ABŞtezliklə “Ukraynaya yeni hərbi yardım paketini açıqlayacaq”.

"Bu paketə hava hücumundan müdafiə raketləri <...>,pilotsuz uçuş aparatları və tank əleyhinə raketlər <...>daxil olacaq", - deyə C.Bayden qeyd edib.

Bütün xəbərləri reklamsız oxumaq üçün

Günlük ölkədə baş verən xəbərləri bizdən izlə.

Seçilən
113
50
az.trend.az

10Mənbələr