AZ

İşğaldakı Oleşki şəhərində Ukrayna bayrağı qaldırıldı

Bu gün Ukrayna Bayrağı Günündə Xerson vilayətində işğal altında olan Oleşki şəhərində Ukrayna bayrağı qaldırılıb.

Axar.az xəbər verir ki, bu barədə ölkənin Milli Qvardiyasının məlumatında bildirilib.

“Bu, təkcə bizim məğlubedilməzliyimiz və cəsarətimizin simvolu deyil, həm də işğalçılara açıq siqnaldır: Ukrayna həmişə öz torpaqlarına qayıdır”, - məlumatda qeyd olunub.

Məlumata görə, aviakəşfiyyat heyəti pilotsuz təyyarədən istifadə edərək şəhərin ən hündür qülləsinə Ukrayna bayrağını asıb.

Bütün xəbərləri reklamsız oxumaq üçün

Günlük ölkədə baş verən xəbərləri bizdən izlə.

Seçilən
99
2
axar.az

3Mənbələr