AZ

Pakistanda polislər pusquya düşdü -11 ölü, 7 yaralı

Pakistanda polislər pusquya düşdü -11 ölü, 7 yaralı

Pakistanda qumbaraatanlarla silahlanmış silahlı şəxslər ötən gün ölkənin şərqindəki Pəncab əyalətində polis karvanını pusquya salıblar.

Ölkə.az xəbər verir ki, bu barədə Pakistanın Pəncab əyalətinin hakimiyyət orqanları məlumat yayıb.

Polisə hücum nəticəsində ən azı 11 polis həyatını itirib, 7 polis isə yaralanıb.

Hələlik heç bir silahlı qruplaşma polisə hücuma görə məsuliyyəti üzərinə götürməyib.

Polis bölgədə fəaliyyət göstərən quldurların axtarışı üçün boş ərazidə patrul xidməti apararkən pusquya düşüb.

Bütün xəbərləri reklamsız oxumaq üçün

Günlük ölkədə baş verən xəbərləri bizdən izlə.

Seçilən
91
sonxeber.az

1Mənbələr