AZ

ABŞ-da kreditlər ucuzlaşacaq

Ölkənin mərkəzi bankı kimi fəaliyyət göstərən ABŞ Federal Ehtiyatlar Sisteminin (FRS) rəhbəri Cerom Pauel bildirib ki, baza faiz dərəcəsini azaltmağın vaxtı çatıb, onun aşağı salınma tempi iqtisadi göstəricilərdən və proqnozlardan asılı olacaq.


"Pul-kredit siyasətinin istiqamətini tənzimləmək vaxtı çatıb. İstiqamət aydındır, dərəcələrin endirilməsinin vaxtı və tempi daxil olan məlumatlardan, proqnozlardan və risklərin balansından asılı olacaq", - o deyib. 

Pauell əlavə edib ki, ABŞ səlahiyyətliləri “güclü əmək bazarını saxlamaq üçün” mümkün olan hər şeyi edəcək.

FED-in rəhbər komitəsinin üzvləri bu həftə ABŞ iqtisadiyyatının mövcud vəziyyətini nəzərə alaraq, sentyabr ayında faiz dərəcəsinin aşağı salınmasının məqsədəuyğun olacağına inandıqlarını bildiriblər.

 

Nigar

 

Bütün xəbərləri reklamsız oxumaq üçün

Günlük ölkədə baş verən xəbərləri bizdən izlə.

Seçilən
50
oxu24.com

1Mənbələr