AZ

“Nestle” baş direktoru vəzifəsindən azad etdi – “Reuters”


“Nestle” Korporasiyası şirkətin qeyri-qənaətbəxş fəaliyyətinə görə baş direktor Mark Şnayderi vəzifəsindən uzaqlaşdırıb.
Yeniavaz.com
xəbər verir ki, bu barədə üç anonim mənbəyə istinadən “Reuters” agentliyi məlumat yayıb.
Onların məlumatına görə, müvafiq qərar şirkətin direktorlar şurasının avqustun 22-də axşam keçirilən iclasından sonra qəbul edilib.
Agentlik xatırladır ki, Şnayder səkkiz il korporasiyanın baş direktoru vəzifəsində çalışıb və təxminən 100 il ərzində bu vəzifədə əvvəllər “Nestle”də işləməmiş ilk şəxs olub.
Nəşrin məlumatına görə, şirkət rəhbərliyin dəyişməsi ilə bağlı hər hansı şərh verməkdən imtina edib.
Qeyd edək ki, “Nestle” qida məhsulları istehsal edən bir korporasiyadır. 1866-cı ildə təsis edilmişdir. “Nestle”nin baş ofisi Vevedə (İsveçrə) yerləşir. Korporasiyanın brendləri arasında “KitKat”, “Maggi”, “Nesquik” və “Nestea” kimi brendlər var.
Bütün xəbərləri reklamsız oxumaq üçün

Günlük ölkədə baş verən xəbərləri bizdən izlə.

Seçilən
81
1
yeniavaz.com

2Mənbələr