AZ

Azərbaycanın və Özbəkistanın birinci xanımları və qızları Daşkənddə sərgi ilə tanış olublar

Avqustun 23-də Azərbaycan Respublikasının birinci xanımı Mehriban Əliyeva və qızı Leyla Əliyeva Özbəkistan Respublikasının birinci xanımı Ziroatxon Mirziyoyeva və qızı Saida Mirziyoyeva ilə birgə Özbəkistanın Xalq rəssamı Akmal Nurun əsərlərindən ibarət sərgi ilə tanış olub, Özbəkistan milli geyimlərindən ibarət kolleksiyaya baxıblar.

Aznews.az xəbər verir ki, “Sevgi bağında” adlı sərgidə Özbəkistanın Xalq rəssamı Akmal Nurun son illərdə çəkdiyi əsərlər nümayiş olunur.

Xalq rəssamı Akmal Nur sərgidə yer alan əsərləri barədə məlumat verdi. Bildirdi ki, əsərlərdə ana sevgisi və kənd həyatının motivləri, ailə və ən əsası Tanrının insana bəxş etdiyi talelər canlandırılıb.

Sonra birinci xanımlar və qızları naxışçı Mədinə Kasımbayevanın kolleksiyası ilə tanış oldular. Hər bir məmulat ənənəvi özbək naxışvurmasının müxtəlif texnikalarından istifadə olunmaqla əllə yerinə yetirilib.

Bütün xəbərləri reklamsız oxumaq üçün

Günlük ölkədə baş verən xəbərləri bizdən izlə.

Seçilən
45
14
aznews.az

10Mənbələr