AZ

Əli Hüseynli seçicilərlə görüşlərini davam etdirir

2024-cü il sentyabrın 1-də Azərbaycan Respublikası Milli Məclisinə keçiriləcək növbədənkənar seçkilərin təşviqat mərhələsi çərçivəsində Yeni Azərbaycan Partiyası (YAP) tərəfindən 53 saylı Yevlax-Mingəçevir seçki dairəsindən deputatlığa namizədliyi irəli sürülmüş Əli Hüseynlinin Yevlax rayonu, Xanabad, Ərəbbəsrə, Havarlı, Hacıselli və Varvara  kəndlərinin  seçiciləri ilə görüşü keçirilib.

Görüşü giriş sözü ilə açan YAP Yevlax rayon təşkilatının sədri Rafiq Əliyev Ümummilli Lider Heydər Əliyevin uzaqgörənliklə söylədiyi fikirləri seçicilərə xatırladaraq qeyd edib: “YAP sınaqlardan çıxmış, böyük və şərəfli yol keçmiş, indi artıq Azərbaycan cəmiyyətində özünəməxsus yer tutmuş bir partiyadır”.

R.Əliyev bildirib ki, Ulu Öndər Heydər Əliyevin bu fikri ölkəmizin ictimai-siyasi həyatında mühüm rol oynayan, illər keçdikcə sıraları kəmiyyət və keyfiyyət baxımından daha da möhkəmlənən, ən başlıcası milyonların partiyasına çevrilən YAP-ın dünəninə, bu gününə və gələcəyinə bələdçilik edir”.

Deputatlığa namizəd Əli Hüseynli çıxışında bildirib ki, 32 ilə yaxın şərəfli yol keçən, bütün çətinliklərdən uğurla çıxan YAP-ı qarşıdakı onilliklərdə daha möhtəşəm nailiyyətlər gözləyir: “YAP öz proqramını daim yeniləşdirir, populist vədlərdən uzaq olduğunu nümayiş etdirir. Prezident İlham Əliyevin həyata keçirdiyi müdrik siyasət dövlətimizin və xalqımızın maraqlarını layiqincə təmsil edir”.

Ə.Hüseynli seçiciləri Ümummilli Lider Heydər Əliyevin yaratdığı müasir müstəqil Azərbaycanın bu gün olduğu kimi, gələcəkdə daha böyük uğurları təmin etməsi üçün seçkilərdə fəal olmağa, partiyamızın namizədlərinə səs verməyə çağırıb.

Seçicilər vurğulayıb ki, yeni dövrə yeni Azərbaycanla birgə addımlamaq üçün seçkilərdə YAP-ın namizədinə səs verəcəklər.

Bütün xəbərləri reklamsız oxumaq üçün

Günlük ölkədə baş verən xəbərləri bizdən izlə.

Seçilən
56
xalq.az

1Mənbələr