AZ

Pezeşkianın nazir təyin etdiyi şəxs Bakı haqda nə deyib? – İranda ilk yaşandı

Avqustun 21-də İran Parlamenti səsvermə zamanı prezident Məsud Pezeşkian tərəfindən təqdim olunmuş Nazirlər Kabinetinin yeni tərkibini demək olar tam şəkildə təsdiq edib. Abbas Araqçi İranın xarici işlər naziri, İran Mərkəzi Bankının keçmiş rəhbəri Abdolnasir Xemmati – iqtisadiyyat naziri, Mohsen Paknejad isə neft naziri olub. Şina Ənsari İranın vitse-prezidenti postuna gətirilib.


Pezeşkianın qurduğu kabinet Bakıdan necə dəyərləndirilir? Bu kabinetdə yer alan əsas simaların Azərbaycana münasibəti necədir?


Mövzu ilə bağlı Globalinfo.az-a danışan politoloq Zeynal Əmrəliyev deyib ki, yeni kabinetdə Azərbaycana loyal münasibət bəsləyən, rəsmi Bakı ilə geniş əlaqələri dəstəkləyən simalar var:


“İranın xarici işlər naziri Abbas Araqçi dəfələrlə Azərbaycanın xeyrinə açıqlamalar verib. Rəsmi Bakı üçün elə xarici işlər nazirinin mövqeyi əsasdır.


Bu təyinat iki ölkənin əlaqələrinin inkişafı baxımından mühüm əhəmiyyət daşıyır. Təyin olunan digər nazirlər də İran siyasətində öz sözünü demiş şəxslərdir. Ümumiyyətlə, bu, 1979-cu il İslam inqilabından sonra İran kabinetində birinci cəhddə bütün nazirlərin təsdiqləndiyi ilk kabinetdir. İran siyasəti üçün mühüm hadisədir. Əsasən də qadın nazir və vitse-prezidentin olması da diqqətçəkən amildir. Növbəti mərhələdə Azərbaycan-İran münasibətlərinin daha yaxşı olmasını ümid edirik. Abbas Araqçi kimi güclü diplomatın xarici işlər naziri olması bu ümidləri daha da artırır”.

Bütün xəbərləri reklamsız oxumaq üçün

Günlük ölkədə baş verən xəbərləri bizdən izlə.

Seçilən
47
referans.az

1Mənbələr