AZ

Rusiyadakı üsyançılar Xüsusi Təyinatlılar tərəfindən MƏHV EDİLDİ -ŞOK TƏFƏRRÜAT

Rusiya Xüsusi təyinatlılar Volqoqrad yaxınlığındakı IK-19-da üsyan edən və həbsxana əməkdaşlarını öldürən 4 məhbusu məhv edib.

Musavat.com xəbər verir ki, məlumatı Rusiya mətbuatı yayıb.

Bildirilir ki, əməliyyat təxminən yarım saat davam edib. İlk olaraq əməliyyatda Rusiya Milli Qvardiyasının SOBR snayperləri fəaliyyətə keçiblər.

Sonra xüsusi təyinatlılar koloniyanın ərazisinə daxil olaraq girovları azad ediblər.

Qeyd edək ki, məhv edilənlər aşağıdakılardır:

1) Özbəkistandan olan 28 yaşlı Ramzindin Toşev - narkotik satışı maddəsi üzrə 8 il müddətinə azadlıqdan məhrum edilib;
2) Tacikistandan olan 28 yaşlı Nazirçon Toşov;
3) Özbəkistandan olan 29 yaşlı Temur Xusinov - qəsdən sağlamlığa ağır xəsarət yetirməkdə ittiham olunaraq 6 il müddətinə azadlıqdan məhrum edilib;
4) Tacikistandan olan 23 yaşlı Rustamçon Navruzi narkotik satışı maddəsi üzrə 7 il müddətinə azadlıqdan məhrum edilib.

Üsyançılar girovları azad etmək üçün 2 milyon dollar və helikopter tələb edirdi.

Ümumilikdə koloniyada 1230 məhbus olduğu bildirilir.

Bütün xəbərləri reklamsız oxumaq üçün

Günlük ölkədə baş verən xəbərləri bizdən izlə.

Seçilən
97
1
musavat.com

2Mənbələr