AZ

Sənaye məhəlləsini xüsusi mülkiyyətdə olan torpaqlarda yaratmaq mümkün olacaq

Bakı. Trend:

Bundan sonra Azərbaycanda sənaye məhəlləsini dövlət və bələdiyyətorpaqları ilə yanaşı xüsusi mülkiyyətdə olan torpaqlarda dayaratmaq mümkün olacaq.

Trend xəbər verir ki, bu,Nazirlər Kabinetinin dəyişiklik etdiyi “Sənaye məhəllələri haqqındaNümunəvi Əsasnamə”də öz əksini tapıb.

Baş nazir Əli Əsədovun bununla bağlı imzaladığı qərara əsasən,idarəedici təşkilat sənaye məhəllələrinin və onlarınrezidentlərinin reyestrini yaratmalı, həmin reyestrin aparılmasınıvə reyestrə daxil edilmiş məlumatların müntəzəm yenilənməsini təminetməlidir.

Reyestrə sənaye məhəlləsinin yaradılması barədə aktın tarixi,nömrəsi və növü, yaradılmasının məqsədi, fəaliyyət profili,ərazisinin ölçüsü, yerləşdiyi inzibati ərazi vahidi, qeydiyyattarixi və nömrəsi barədə məlumatlar daxil edilir. Bu məlumatlarölkə Prezidenti qərar qəbul etdikdən sonra 10 iş günündən gecolmayaraq reyestrə daxil edilməlidir.

İdarəedici təşkilat sahibkarlıq subyektinin özəl sənayeməhəlləsinin qeydiyyata alınmasına dair təklifinin kağız daşıyıcıdavə yaxud elektron qaydada təqdim edildiyi gündən 10 iş günümüddətində həmin təklifin bu Əsasnamənin tələblərinə uyğunluğunuyoxladıqdan sonra özəl sənaye məhəlləsini qeydiyyata alır, bubarədə məlumatları reyestrə daxil edir və sənaye məhəlləsininreyestrdə qeydiyyata alınmasını təsdiq edən sənədi sahibkarlıqsubyektinə elektron qaydada təqdim edir və yaxud sifarişli poçtgöndərişi vasitəsilə göndərir.

Bundan başqa, qərarla idarəedici təşkilat və operator sənayeməhəlləsinin rezidenti kimi fəaliyyət göstərə bilməz. Özəl sənayeməhəlləsinin yaradılması barədə qərar qəbul etmiş sahibkarlıqsubyekti və ona aidiyyəti olan şəxslər həmin sənaye məhəlləsininrezidenti olduqda, onların sayı sənaye məhəlləsinin digərrezidentlərinin ümumi sayından çox ola bilməz.

Məqalədə:
Bütün xəbərləri reklamsız oxumaq üçün

Günlük ölkədə baş verən xəbərləri bizdən izlə.

Seçilən
62
7
az.trend.az

9Mənbələr