AZ

Azərbaycanda sənaye məhəlləsini xüsusi mülkiyyətdə olan torpaqlarda yaratmaq mümkün olacaq

Bundan sonra Azərbaycanda sənaye məhəlləsini dövlət və bələdiyyə torpaqları ilə yanaşı xüsusi mülkiyyətdə olan torpaqlarda da yaratmaq mümkün olacaq.

Aznews.az xəbər verir ki, bu, Nazirlər Kabinetinin dəyişiklik etdiyi “Sənaye məhəllələri haqqında Nümunəvi Əsasnamə”də öz əksini tapıb.

Baş nazir Əli Əsədovun bununla bağlı imzaladığı qərara əsasən, idarəedici təşkilat sənaye məhəllələrinin və onların rezidentlərinin reyestrini yaratmalı, həmin reyestrin aparılmasını və reyestrə daxil edilmiş məlumatların müntəzəm yenilənməsini təmin etməlidir.

Reyestrə sənaye məhəlləsinin yaradılması barədə aktın tarixi, nömrəsi və növü, yaradılmasının məqsədi, fəaliyyət profili, ərazisinin ölçüsü, yerləşdiyi inzibati ərazi vahidi, qeydiyyat tarixi və nömrəsi barədə məlumatlar daxil edilir. Bu məlumatlar ölkə Prezidenti qərar qəbul etdikdən sonra 10 iş günündən gec olmayaraq reyestrə daxil edilməlidir.

Bütün xəbərləri reklamsız oxumaq üçün

Günlük ölkədə baş verən xəbərləri bizdən izlə.

Seçilən
74
7
aznews.az

9Mənbələr