AZ

Kreml Zaporojyedəki qüvvələrini Kurska çəkir - Pakrovsk istiqamətinə isə dəymir

Ukrayna ordusunun Kursk vilayətinə hücumu Moskvanı Ukraynadakı qoşunlarının bir hissəsini bu vilayətə çəkməyə məcbur edib.

“AzPolitika” xəbər verir ki, bunu ABŞ Müharibə Araşdırmaları İnstitutu(ISW) son hesabatında yazıb. İnstitutun məlumatına görə, Rusiya hərbi rəhbərliyi əvvəl bunu istəməsə də, hazırda Ukrayna Silahlı Qüvvələrinin Kursk vilayətində keçirdiyi əməliyyatla əlaqədar Ukraynanın Zaporojye vilayətindəki bir sıra bölmələrini Kurska köçürür.

Eyni zamanda, ISW-nin hesabatına görə, Rusiya Donetsk bölgəsində əsas hücum xəttini, xüsusən də Pokrovsk istiqamətini zəiflətməməyə çalışır.

Xatırladaq ki, Ukrayna tərəfinin avqustun 6-da başlatdığı əməliyyat nəticəsində Ukrayna qüvvələri Kursk vilayətinin 90-dan çox yaşayış məntəqəsini ələ keçiriblər. Hətta Ukraynanın nəzarətində olan ərazidə hərbi komendantlıq da yaradılıb.

“AzPolitika.info”

Bütün xəbərləri reklamsız oxumaq üçün

Günlük ölkədə baş verən xəbərləri bizdən izlə.

Seçilən
42
1
azpolitika.info

2Mənbələr