Avrozonada istehlakçıların inflyasiya gözləntiləri dəyişməyib.

İndex.az xəbər verir ki, Avropa Mərkəzi Bankının sorğusuna əsasən, iyul ayında Avrozonada istehlakçıların inflyasiya gözləntiləri əvvəlki ayla eyni səviyyədə qalıb.

Belə ki, istehlakçılar yaxın 12 ayda qiymətlərin 2,8% artacağını proqnozlaşdırıblar.

İyun ayında keçirilən sorğuda da gözlənti bu səviyyədə idi.

Araşdırmaya görə, növbəti üç il üçün inflyasiya gözləntiləri 2,3%-dən 2,4%-ə yüksəlib.