AZ

Ət bahalaşmağa davam edəcək - Ekspertdən proqnoz

Son günlər regionlarda və paytaxt Bakıda quzu və mal ətinin qiymətində artım müşahidə olunur. Belə ki, hazırda bölgələrdə mal ətinin bir kiloqramı 14-15, quzu əti isə 20 manata təklif olunur. Bakıda isə bu qiymətlər daha bahadır. Eyni zamanda ət məhsullarının da qiymətində artım müşahidə olunur. 

Məsələ ilə bağlı iqtisadçı-ekspert Rəşad Həsənov “Operativ Media”ya açıqlama verib. O, ət və ət məhsullarının bahalaşmasının səbəbini izah edib:

“Hazırda ət və ət məhsullarının bahalaşması müxtəlif faktorlar fonunda baş verir. İlk olaraq bu sahədə xərclər artıb. Bu da bir başa olaraq qiymətlərə təsir göstərir. Fermer xərcini ödəmək üçün mal-qaranı daha baha qiymətə satmağa məcbur olur.

Xırdabuynuzlu və iribuynuzlu mal-qaranın sayında azalma var. Tələb-təklifə təsir göstərir. Tələb çox, təklif az olanda, qiymətlər artır.

Digər tərəfdən avqust ayında mal-qara üçün şərait kifayət qədər əlverişsiz olur. Təbiətin quraq olması, yem məhsullarının azlığı və s. Hazırda yerli bazarda yem bahadır. Bu özü də ətin qiymətinə təsir göstərir”.

Toy mövsümünün başlaması ilə əlaqədar tələbin artacağını proqnozlaşdıran bazar iştirakçıları qiymətlərin arta biləcəyini bildirib:

“2024-cü ilin göstəricilərinə əsaslanaraq, kənd təsərrüfatı sahəsinin arzuolunan səviyyədə olmadığını deyə bilərik. Qarşıdan toy mövsümünün gəlməsi ilə ətə təlabat artacaq. 

Bu yenidən qiymət artımına gətirib çıxara bilər. Gələcəkdə ət və ət məhsullarında ucuzlaşmanın baş verəcəyi gözlənilmir. Ət və ət məhsullarında qiymət yüksək olaraq qalacaq”.

Bütün xəbərləri reklamsız oxumaq üçün

Günlük ölkədə baş verən xəbərləri bizdən izlə.

Seçilən
97
operativmedia.az

1Mənbələr