AZ

"Instagram"da yeni funksiya - Öz mahnınızı seçə BİLƏCƏKSİNİZ

"Instagram"da yeni funksiya istifadəçilərə profillərinə mahnı əlavə etmək imkanı verəcək.

Redaktor.az xəbər verir ki, bu barədə "Instagram" tərəfindən paylaşılan skrinşotlarda bildirilib.

Bleə ki, istifadəçinin profilinə əlavə olunan musiqi bio sahəsində görünür. İstifadəçi onu silənə və ya dəyişdirənə qədər mahnı profildə qalacaq. Lakin mahnılar avtomatik səsləndirilməyəcək.

İstifadəçilər "profili redaktə et" səhifəsinə keçərək mahnı əlavə edə bilərlər, burada onlar "Instagram"ın lisenziyalı musiqi kitabxanasından istədikləri musiqini axtarıb seçə bilərlər ki, bu da Reels və ya postlar üçün istifadə edilə bilər.

Buradan istifadəçilər əlavə etmək üçün mahnının 30 saniyəlik hissəsini seçə biləcəklər.

"Instagram" bu funksiyanı təqdim etmək üçün müğənni Sabrina Karpenter ilə əməkdaşlıq edib və pərəstişkarları Karpenterin yeni mahnısının bir hissəsini yalnız sənətçinin profilində eşidə biliblər.

Sevinc İBRAHİMZADƏ

Bütün xəbərləri reklamsız oxumaq üçün

Günlük ölkədə baş verən xəbərləri bizdən izlə.

Seçilən
71
1
redaktor.az

2Mənbələr