AZ

Noha Abu Şabana Azərbaycana gəlib

Beynəlxalq Gimnastika Federasiyasının bədii gimnastika üzrə texniki komitəsinin prezidenti Noha Abu Şabana Azərbaycana səfər edəcək.

İdman.biz xəbər verir ki, bunu Azərbaycan Gimnastika Federasiyasının (AGF) mətbuat xidməti açıqlayıb.

Ölkəmizə səfəri zamanı o, öz dəyərli biliklərini və təcrübəsini yerli mütəxəssislərlə bölüşəcək. Avqustun 30-31-də keçiriləcək tədbirlər Milli Gimnastika Arenasında baş tutacaq və saat 15:00-da başlayacaq. Qonaq tərəfindən keçiriləcək “Milli mütəxəssislər üçün məşqçilik və hakimlik üzrə seminar”da peşəkar məşqçiləri iştirak edəcək.

İdman.biz

Bütün xəbərləri reklamsız oxumaq üçün

Günlük ölkədə baş verən xəbərləri bizdən izlə.

Seçilən
42
3
idman.biz

5Mənbələr