AZ

"Bu xəyanət və alçaqlıq cəzasız qalmayacaq" - Zaxarova

Almaniya hakimiyyətinin xəyanəti cəzasız qalmayacaq.

Teleqraf.com xəbər verir ki, bunu Rusiya Xarici İşlər Nazirliyinin sözçüsü Mariya Zaxarova deyib.

"Almaniya hakimiyyəti öz xalqının maraqlarına xəyanət edərək, düşmənlərinin ardınca getdi. Rusiya ilə münasibətləri bərpa etmək üçün göstərilən bütün cəhdləri puça çıxardı. Bizi qınamaq, hətta ittiham etmək istəyirlər. Üstəlik, Kiyev rejimini - terrorçu və ekstremistləri (Ukrayna hökuməti - red.) tanklar və silahlarla təmin edərək Rusiyaya qarşı vuruşmağa cürət edirlər. Belə bir xəyanət, bu cür alçaqlıq və insanlıqdan uzaqlaşma heç vaxt cəzasız qalmayacaq”, - rusiyalı diplomat bildirib.


Müəllif: Əsəd Məmmədəliyev
Bütün xəbərləri reklamsız oxumaq üçün

Günlük ölkədə baş verən xəbərləri bizdən izlə.

Seçilən
92
14
teleqraf.com

10Mənbələr