AZ

Azərbaycanlı zəvvarların ölüm səbəbi bilindi

İraqda Kərbəla ziyarətinə gedən azərbaycanlı zəvvarların vəfat səbəbi məlum olub.

Mynews.az oxu.az-a istinadən bildirir ki, Göyçay rayon sakini Elşən Cəfərovun ürəyində ciddi problemlər var imiş. O, infarkt səbəbindən həyatını itirib.

Rafiq Məhərrəmlinin isə yaşlı olduğu, havanın və yolun təsirindən dünyasını dəyişdiyi qeyd olunub.

Hazırda Kərbəla şəhərində kölgədə havanın temperaturu 49 dərəcədir.

Əldə etdiyimiz digər məlumata görə, Elşən Cəfərov və Rafiq Məhərrəmli şəxsi büdcələri hesabına ziyarətə gediblər.

Bu məlumatı Qafqaz Müsəlmanları İdarəsindən saytımıza təsdiqləyiblər.

Qeyd edək ki, Elşən Cəfərov Kərbəla şəhərində, Rafiq Məhərrəmli isə Nəcəf şəhərində dəfn olunub.

Bütün xəbərləri reklamsız oxumaq üçün

Günlük ölkədə baş verən xəbərləri bizdən izlə.

Seçilən
73
12
mynews.az

10Mənbələr