AZ

Volqoqradda koloniyada bir neçə nəfəri öldürüb, bir neçə nəfəri girov götürən məhbusların kimliyi müəyyənləşib

Rusiyanın Volqoqrad vilayətində 19 saylı Cəzaçəkmə Müəssisəsində bir neçə nəfəri öldürüb, bir neçə nəfəri girov götürən məhbusların kimliyi müəyyənləşib.

APA-nın Rusiya bürosu xəbər verir ki, bunlar 1995-ci il təvəllüdlü Temur Xusinov, 2001-ci il təvəllüdlü Navruzi Rüstəmçon, 1995-ci il təvəllüdlü Toşev Ramzindindir və 1996-cl il təvəllüdlü Toşov Nazirçondur.

Onların Tacikistan və Özbəkistan vətəndaşları olduğu bildirilir.

Qeyd edək ki, yayılan məlumatlara görə, müəssisəsinin üç əməkdaşını öldürüb, bir neçəsini yaralı girov götürən İŞİD üzvləri 2 milyon dollar və helikopter tələb edirlər. Onlar helikopterlə Gürcüstana uçmağı planlaşdırırlar.

Bütün xəbərləri reklamsız oxumaq üçün

Günlük ölkədə baş verən xəbərləri bizdən izlə.

Seçilən
72
1
apa.az

2Mənbələr