AZ

"Nestle"nin baş direktoru vəzifədən gedir

İsveçrənin "Nestle" şirkətinin baş icraçı direktoru Mark Şnayder tutduğu vəzifəni tərk edir. 

Valyuta.az xəbər verir ki, bu barədə "Nestle"nin press-relizində deyilir.

Sentyabrın 1-dən etibarən Şnayderi hazırda şirkətin Latın Amerikasındakı əməliyyatlarına cavabdeh olan Laurent Freks əvəz edəcək.

Bildirilir ki, "Nestle"nin sükanı arxasında olduğu səkkiz il ərzində Şneyder şirkətin portfelini strategiyasına uyğun olaraq fəal şəkildə formalaşdıraraq, ilk növbədə, qəhvə, ev heyvanları üçün qida və sağlamlıq qidası kimi yüksək artım kateqoriyalarına diqqət yetirib.

Laurent Freksin "Nestle"nin direktorlar şurasına daxil edilməsi şirkətin səhmdarları tərəfindən 2025-ci ildə keçiriləcək illik yığıncaqda nəzərdən keçiriləcək. O, 1986-cı ildən "Nestle"də işləyir. Freks ilk olaraq 2008-2014-cü illərdə şirkətin Avropa bölmələrinə rəhbərlik edib, bundan sonra o, Amerika əməliyyatlarına cavabdeh təyin edilib. 2022-ci ildə "Nestle"nin tərkibində Latın Amerikası bölməsi yaradıldıqdan sonra Freks onun CEO-su (icraçı direktor) olub və çətin şəraitdə onu uğurla idarə edib.

"Nestle" 1866-cı ildə qurulan dünyanın ən böyük və ən qədim qida və içki şirkətidir. Şirkətin 83 ölkədə 400-dən çox fabriki var və bütün dünyada işçilərin ümumi sayı təxminən 270 min nəfərdir.

Paşa Məmmədli
 

Bütün xəbərləri reklamsız oxumaq üçün

Günlük ölkədə baş verən xəbərləri bizdən izlə.

Seçilən
67
1
valyuta.az

2Mənbələr