Rusiyada məhbuslar həbsxana işçilərini girov götürüblər – Ölənlər var
Rusiyanın Volqoqrad vilayətində məhbuslar Penitensiar Xidmətin əməkdaşlarına hücum edib. Yeniavaz.com xəbər verir ki, bu barədə TASS-a əməliyyat xidmətlərindən məlumat verilib. Bildirilib ki, 19 saylı cəzaçəkmə müəssisəsində intizam komissiyasının iclası zamanı məhkumlar cəzaçəkmə müəssisəsinin əməkdaşlarını girov götürüblər. Qeyd olunub ki, insident zamanı girov götürülənlər və ölənlər olub: “Hazırda girovların azad edilməsi üçün tədbirlər görülür və qurbanların sayı dəqiqləşdirilir”.