AZ

Ayaqqabının donuz dərisindən hazırlandığını gizlədən şirkət cərimləndi

Bakı, TurkicWorld

Türkiyədə Ticarət Nazirliyi tərəfindən ayaqqabı satışı ilə məşğul olan məşhur xarici şirkətin Türkiyə və xarici ölkə domenli iki ayrı saytında eyni məhsulun tərkibi ilə bağlı verilən məlumatlar arasında fərqlilik təsbit edilmişdir.

TurkicWorld xəbər verir ki, bu barədə məlumat yayan Türkiyə Ticarət Nazirliyi sözügedən şirkətin Türkiyə müştərilərinə xitab edən saytında digər saytdan fərqli olaraq məhsulun istehsalı zamanı donuz dərisindən istifadə olunması ilə bağlı məlumatın silindiyini təsbit etmişdir.

Məlumatda qeyd edilir ki, Reklam Şurasının prioritet istiqamətlərindən biri istehlakçıları almaq niyyətində olduqları mal və ya xidmətlərin keyfiyyət və ya komponentləri barədə aydın və düzgün məlumatlandırmaqdır

Qurum tərəfindən verilən açıqlamada deyilir ki, ayaqqabı sektorunda fəaliyyət göstərən bir şirkətin xarici domen adlı internet saytında məhsulun komponentləri ilə bağlı yerləşdirdiyi reklamlarda donuz dərisi olduğuna dair məlumat qeyd edilmişdir. Lakin Türkiyə domenli internet saytında eyni məhsul üçün yerləşdirilən reklamlarda isə məhsul komponentləri arasında donuz dərisinin olması ilə bağlı hər hansı məlumatın olmadığı müəyyən edilmişdir.

Qeyd edək ki, Şura tərəfindən aparılan araşdırma nəticəsində istehlakçılara natamam məlumat verən sözügedən reklamların dayandırılması və reklam verənə inzibati cərimə tətbiq edilməsi qərara alınmışdır.

Bütün xəbərləri reklamsız oxumaq üçün

Günlük ölkədə baş verən xəbərləri bizdən izlə.

Seçilən
21
turkic.world

1Mənbələr