AZ

Reklamdakı qiymət real qiymətdən fərqli olduğu üçün cərimələndi

Bakı, TurkicWorld

Türkiyənin Ticarət Nazirliyindən verilən məlumata görə Dövlət Reklam Şurası istehlakçıları aldadan reklamlar barədə araşdırma aparıb.

TurkicWorld xəbər verir ki, məlumata görə istehlakçıları çaşdıran, onları aldadan, yalan məlumat verən bir çox şirkətə cərimə tətbiq edilib.

Fərqli qanun pozuntuları aşkara çıxaran qurum onların bəziləri haqqında məumat verib. Onlardan biri də axtarış sistemlərinin nəticələri ilə bağlıdır.

Qurumun məlumatına görə, bir xarici şirkətin təklif etdiyi eyni xidmətə reklam məzmununda və birbaşa saytda olmaqla iki ayrı qiymət qoyduğu təsbit edilmişdir. Belə ki, onlayn axtarış sistemində edilən axtarış zamanı önümüzə çıxan həmin şirkətin reklamında təklif edilən xidmətlə bağlı qiymətə yer verilmişdir. Lakin axtarışda qarşımıza çıxan həmin reklama klikləyərək şirktin saytına daxil olduğumuz zaman buradakı qiymətin fərqli olduğu müəyyən edilmişdir. Yəni şirkət axtarış zamanı müştərilərin qarşısına çıxan reklamda qiymətləri aşağı göstərərək onların sayta daxil olmasını təmin etməyə çalışıb. Ona görə də axtarış nəticəsinin istehlakçıları aldadıcı və yanıltıcı olduğu nəzərə alınmış və nəticədə turizm sektorunda fəaliyyət göstərən bu xarici şirkətə aid aldadıcı qiymət təklifləri edən reklam və tanıtımlara inzibati cərimələr tətbiq edilməsinə qərar verilmişdir.

Digər maraqlı cərimə hallarından biri də məhz turizm sektorunda müşhidə edilib. Belə ki, müştərilərinə uzun müddət qalmaqla istirahət etmə imkanı təqdim edən obyekt faktiki olaraq göstərə bilmədiyi xidmətləri reklam tanıtımında qeyd etmişdir.

Səhiyyə turizmində istehlakçıların tez-tez üstünlük verdiyi bu qonaqlama obyektinin tanıtım fəaliyyətinin Türkiyə reklam qanunvericiliyi çərçivəsində araşdırılması nəticəsində müəyyən edilib ki, obyektin termal bulaq sahələri möhürlənib bağlanmasına rəğmən reklamlarında hovuzun şəkilləri və ‘termal’ ifadəsi işlədilmişdir. Bunlar qurum tərəfindən istehlakçıları çaşdırıcı və yanıldıcı tanıtımlar olaraq hesab edilərək sözügedən şirkətlə bağlı reklamların dayandırılması və inzibati cərimə tətbiq edilməsinə qərar verilmişdir.

Qeyd edək ki, Türkiyədə Reklam Şurası avqust ayı ərzində aparılan araşdırılmada 138 reklam fəaliyyətindən 128-nin qanunvericiliyə zidd olduğunu deyib və həmin reklamların dayandırılıb. Həmçinin sözügedən reklamlar, 5 milyon dollar məbləğində cərimələnib.

Bütün xəbərləri reklamsız oxumaq üçün

Günlük ölkədə baş verən xəbərləri bizdən izlə.

Seçilən
44
turkic.world

1Mənbələr