AZ

“Azərbaycan-Rusiya əlaqələrinin daha da güclənəcəyi gözlənilir” - MÜNASİBƏT BİLDİRİLDİ

“Rusiya Prezidenti Vladimir Putinin ölkəmizə səfərindən sonra Azərbaycan-Rusiya əlaqələrinin daha da güclənəcəyi gözlənilir. Əməkdaşlığın indiyə qədər mövcud olduğu istiqamətlər daha da dərinləşdirələcək, yeni istiqamətlər formalaşdırılacaq. Bir sözlə Rusiya-Azərbaycan əməkdaşlığının şaxələndirilməsi, istiqamətlərin artması və tempin daha da sürətlənməsi hazırda daha da realdır”. Bu sözləri SİA-ya açıqlamasında siyasi ekspert Aydın Quliyev deyib.

O bildirib ki, Azərbaycan-Rusiya münasibətləri xüsusi olaraq Vətən müharibəsindən sonra real şəkildə ölkələrin, ilk növbədə isə Rusiyanın Azərbaycanın ərazi bütövlüyü və suverenliyinə açıq və birmənalı dəstək verməsi ilə xarakterizə olunur: “Xüsusilə Putinin Bakı səfərində Azərbaycanın ərazi bütövlüyü, suverenliyi və müstəqilliyi uğrunda canından keçənlərə ucaldılmış Şəhidlər Xiyabanını ziyarət etməsi simvolik hadisədir. Fikrimcə, indiyə qədər Rusiyanın ali dövlət rəhbərlərinin hələ heç biri Azərbaycanın Şəhidlər Xiyabanını ziyarət etməmişdilər. Hansı ki, Şəhidlər Xiyabanı ölkəmizin suverenliyi uğrunda canından keçənlərin xatirəsini əbədiləşdirən və bizim üçün çox dəyərli olan simvoldur.

Putin tərəfindən ziyarət olunması Azərbaycanın ərazi bütövlüyü və suverenliyinə real şəkildə 2020-ci ildə başlanan açıq dəstəyin daha bariz ifadəsidir. Gözləntimiz ondan ibarətdir ki, Rusiyanın Azərbaycana qarşı olan bu cür yanaşması sonrakı dövrlərdə də hər hansı bir dəyişiklikdən asılı olmayaraq dəyişməsin. Rusiyanın Azərbaycana dəstəyinin bundan sonra daha da gücləndirilməsi bizim layiq olduğumuz bir gözləntidir”.

Müəllif: Səbinə Hüseynli
Bütün xəbərləri reklamsız oxumaq üçün

Günlük ölkədə baş verən xəbərləri bizdən izlə.

Seçilən
40
sia.az

1Mənbələr