AZ

Vəziyyət ağırdır: Böhran vəziyyətindən çıxış yolu…

Qlobal iqtisadiyyatda vəziyyət son dərəcə ağırdır. Mövcud böhran vəziyyətindən ən çox ehtimal olunan çıxış yolu maliyyə bazarlarının kütləvi şəkildə çökməsi ola bilər.

Medianews.az xəbər verir ki, bu barədə məşhur rusiyalı iqtisadçı Mixail Xazin bildirib.

Onun sözlərinə görə, müasir qlobal iqtisadi sistemin əsas problemi onun daim genişlənmə prinsipinə əsaslanmasıdır: “Genişlənmək üçün sadəcə heç bir yer qalmayan kimi, bu sistem ağır böhrana düşür, buna görə də dağıdıcı kataklizmdən başqa çıxış yolu yoxdur, istər müharibə olsun, istərsə də öhdəliklərin geniş miqyaslı silinməsi.

Əgər bu dəfə böyük dünya müharibəsinin qarşısını almaq mümkün olarsa, o zaman dünya maliyyəsinin hazırkı mərkəzi kimi ABŞ-nin yalnız bütün yığılmış borclarını təmizləmək yolu qalacaq. Bu o deməkdir ki, dövlət defolt elan edə və bütün digər iqtisadi agentləri borcalanların bütün maliyyə öhdəliklərini bağışlamağa çağıra bilər”.

O qeyd edib ki, bu baş verərsə, Amerikanın ÜDM-i dərhal 30% çökə bilər.

“ABŞ ev təsərrüfatlarının istehlak səviyyəsi ən azı yarıya enəcək. Bundan əlavə, əvvəlcə ölkənin özündə, sonra isə bütün dünyada işgüzar aktivlikdə görünməmiş eniş baş verəcək ki, bunu Böyük Qlobal Depressiya adlandırmaq olar”,- o deyib.

Ayşən

 

Bütün xəbərləri reklamsız oxumaq üçün

Günlük ölkədə baş verən xəbərləri bizdən izlə.

Seçilən
62
50
medianews.az

10Mənbələr