AZ

Həbsxanaya narkotik keçirdilər, bir nəfərin ölümünə səbəb oldular

Həbsxanaya narkotik keçirdilər, bir nəfərin ölümünə səbəb oldular

Kaliforniya həbsxanasında təhlükəli narkotik qaçaqmalçılığı planı faciəvi nəticə ilə sonlanıb.

Sonxeber.az xarici mediaya istinadən xəbər verir ki, ABŞ-ın Atwater həbsxanasının məhbusu Camar Cons çöldən iki nəfərlə əlaqə saxlayıb və narkotiklərin həbsxanaya göndərilməsini təşkil edib. Avqustun 9-da səhər saatlarında mühafizəçi Mark Fişer "qanuni poçt" adı ilə göndərilən məktubu açıb və içərisində şübhəli kağızlar tapıb. Fişer və bir həmkarı məktuba toxunduqdan qısa müddət sonra xəstələniblər. Xəstəxanaya aparılan Fişer dünyasını dəyişib.

Araşdırmalar zamanı məktubun amfetamin, fentanil və sintetik marixuana ilə çirkləndiyi müəyyən edilib. İttiham edilənləri 20 ildən 30 ilə qədər həbs gözləyir.

Bu hadisə narkotik alverinin federal həbsxanalarda ciddi problem olduğunu nümayiş etdirib. Həbsxanalar Bürosu (BOP) ehtiyat tədbiri olaraq bəzi həbsxanalarda məhbusların məktublarının surətini çıxarmağa başlayıb. Bundan əlavə, narkotiklərin həbsxanalara daxil olmasının qarşısını alan yeni qanun layihəsi təqdim edilib, lakin hələ təsdiqlənməyib.

Bu faciəvi hadisə həbsxana sistemindəki təhlükəsizlik zəifliyini və narkotik vasitələrin qanunsuz dövriyyəsinin təhlükələrini bir daha ortaya çıxarıb.

Bütün xəbərləri reklamsız oxumaq üçün

Günlük ölkədə baş verən xəbərləri bizdən izlə.

Seçilən
64
49
sonxeber.az

10Mənbələr