AZ

Vəziyyət daha təhlükəli, gərgin, narahatedici mərhələyə qədəm qoyur- ÖZƏL

"Prosesləri mənfi qiymətləndirirəm. Biz gözləyirdik ki, hansısa formada tərəflər anlaşar və bu müharibəyə son qoyular. Anlaşmaq da budur ki, Rusiya Ukraynada işğal etdiyi ərazilərdən çıxmalıdır və Ukraynanın ərazi bütövlüyü, suverenliyi bərpa olunmalıdır". 

Bu fikirləri siyasi şərhçi Mübariz Göyüşlü Olaylar.az-a açıqlamasında bildirib:

"Ümid edirdik ki, Rusiyada kimlərsə həqiqətləri qəbul edərək Putini və onun yaxın hərbi ətrafını, Rusiya hərbi elitasını buna inandırarlar. Bunu görmədik. 900 gündən çoxdur bu qanlı və amansız müharibə  davam edir. İndi Ukrayna Rusiya ərazilərində, Kursk bölgəsində əraziləri işğal edibdir. Düzdür, bunu Rusiyaya cavab kimi qiymətləndirirlər. Düşünürəm ki, Ukrayna bunu məcburiyyətdən, əlacsızlıqdan edibdir. Amma hər halda bu da bir işğaldır, başqa bir dövlətin ərazisinə qoşunların yeridilməsidir.  Bu da təbii ki, durumu daha da qəlizləşdiribdir. Artıq Rusiyayla Ukrayna arasında anlaşma əldə olunması ilə bağlı məsələlər daha da çıxılmaz vəziyyətə çatıb. Rusiyanın Kursku geri alması üçün hərbi yola əl atacağı artıq şübhə doğurmur. Çünki danışıqlar məsələsi heç gündəmdə də deyil. Bu mənada vəziyyət daha təhlükəli, daha gərgin, daha narahatedici mərhələyə qədəm qoyur. Müharibənin qızışdırıcıları olan Qərb ölkələri onun dayandırılması üçün cəhd göstərdikdə məsələ həll olunacaq".

Zeynəb Rzayeva

Təklifinizi, şikayətinizi bizə yazın. Sizi dinlərik. 055 634 88 31
Bütün xəbərləri reklamsız oxumaq üçün

Günlük ölkədə baş verən xəbərləri bizdən izlə.

Seçilən
81
olaylar.az

1Mənbələr