Avtomobildəki məlumat-əyləncə sistemləri getdikcə daha əhatəli olur.

İndex.az xəbər verir ki, bu çərçivədə “Mercedes-Benz” gələn ildən etibarən avtomobillərində buluddan oyun oynamağı mümkün edəcək.

Müstəqil bulud oyun platforması olan “Boosteroid” ilə əməkdaşlıq edərək, “Mercedes-Benz” 1000-dən çox PC oyununu öz avtomobillərində əlçatan edəcək.

Bu yeni oyun təcrübəsi “SK Gaming” tərəfindən “Gamescom”da təşkil edilən stenddə “Mercedes-Benz”in “E-Class” modeli vasitəsilə təqdim edilib.