AZ

BMT İsrailə neft və yanacaq satan ölkələrə embarqo qoydu

İsrailə neft və yanacaq daşımaqdan məsul olan ölkələr Qəzzada rejimin hərbi cinayətlərində şərik ola bilər.
 
AZXEBER.COM xarici mediaya istinadən xəbər verir ki, bunu BMT-nin hüquqşünasları bildiriblər.

Onlar bu cür halla bağlı dünya ölkələrinə xəbərdarlıq ediblər və dünya ölkələrini Fələstin xalqına qarşı insan haqları pozuntularının qarşısını almaq üçün enerji embarqosuna çağırıblar.

OCI tədqiqatçıları müəyyən ediblər ki, ölkələr oktyabr ayından bu yana İsrailə ümumilikdə 4,1 milyon ton xam neft tədarük edib.

Araşdırma həmçinin üzə çıxarıb ki, ABŞ-nin İsrailə təyyarə yanacağı, dizel və digər emal olunmuş neft məhsulları ixracının təxminən 80 faizi Beynəlxalq Ədalət Məhkəməsinin (ICJ) yanvar ayında İsrailin soyqırım aktlarının dayandırılması qərarından sonra həyata keçirilib.
 
İtaliya, Albaniya və Yunanıstan kimi ölkələr rejimə emal olunmamış neft verirdilər.

Oktyabr ayından bəri İsrailə xam neft nəqlinin 9 faizi Braziliyanın üzərinə düşür.

İsrail döyüş təyyarələrini, tanklarını və hərbi maşınlarını gücləndirmək üçün böyük ölçüdə bu daşımalara arxalanır.
 
Mikayıl
Bütün xəbərləri reklamsız oxumaq üçün

Günlük ölkədə baş verən xəbərləri bizdən izlə.

Seçilən
51
azxeber.com

1Mənbələr